"Qəbələ"nin oyununda dava düşdü: Matç dayandırıldı - VİDEO

media-hightechnic-468x90

“Qəbələ”nin Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında Çexiyanın “Teplitse” komandası ilə yoxlama oyununda əlbəyaxa dava düşüb.

Yenicag.az xəbər verir ki, insident qarşılaşmanın sonlarına yaxın rəqib futbolçu ilə “qırmızı-qaralar”ın kapitanı Asif Məmmədov arasında baş verib. Daha sonra digər oyunçular insidentə qarışıblar.

Qarşıdurmanın böyüdüyün görən baş hakim oyunu vaxtından əvvəl – 89-cu dəqiqədə bitirib. Yalnız bundan sonra tərəfləri sakitləşdirmək mümkün olub.

Qeyd edək ki, görüş “Qəbələ”nin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb./Report/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600