“Qəbələ”nin sabiq məşqçisi “Anji”yə keçir

media-hightechnic-468x90

91871“Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syominin yeni klubunun adı müəyyənləşib.

Yenicag.az xəbər verir ki, hazırda Rusiyanın “Mordoviya” klubunu çalışdıran mütəxəssisin 30 may tarxindən etibarən klubla müqaviləsi bitir. Yuri Syomin Mahaçqalanın “Anji” klubundan gələn təklifə müsbət cavab verib.

Gələn aydan etibarən baş məşqçi Mahaçqala təmsilçini çalışdıracaq. Bildirilir ki, 68 yaşlı təcrübəli mütəxəssis 30 may tarixində Dağıstan klubuyla müqavilə imzalayacaq.

Yuri Syomin “Mordoviya” klubunda uğurla nəticə qazandığı üçün “Anji” rəhbərliyinin diqqətini çəkib. Belə ki, rus mütəxəssisin çalışdırdığı “Mordoviya” hazırda Rusiya liqasında 38 xalla 8-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, təcrübəli mütəxəssis 2013/14 mövsümündə Azərbaycanın “Qəbələ” klubunu çalışdırıb. Baş məşqçi “Qəbələ”ni çalışdırdığı mövsümdə uğurlu nəticələr əldə edib və Azərbaycan klubunu liqada 3-cü pilləyə qədər yüksəlməsinə və Avro liqaya vəsiqə qazanmasına nail olub. Bununla yanaşı, rus mütəxəssis “Qəbələ”ni Azərbaycan kubokunun finalına da çıxarmağa müvəffəq olmuşdu. Ancaq həmin dövrdə “Neftçi” “Qəbələ” üzərində penalti seriyalarında 4:3 hesabı ilə qələbə qazanaraq kubokun sahibi olmuşdu.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600