“Qələbə qazanacağımıza şübhəmiz yoxdur” - Ərdoğan

media-hightechnic-468x90

“Həm prezident, həm də parlament seçkilərində bir daha qələbə qazanacağımıza heç bir şübhəmiz yoxdur”.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Parti vilayət başçılarının iclasında deyib.

“Allahın izni, millətimizin dəstəyi və sizin səyinizlə həm prezident, həm də parlament seçkilərində bir daha qələbə qazanacağımıza heç bir şübhəmiz yoxdur. Məqsədimiz, ölkəmizin demokratiya və inkişaf yolunda əldə etdiyi nailiyyətləri qoruyub saxlamaqdır. Millətimizin arzularına çatacağı yeni bir dövrün qapıları açılmaqdadır”, – deyə Ərdoğan qeyd edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600