“Qərar çıxarır, amma icra olunmur”
Orta məktəblərdə hərbi dərslərin xarakterinin dəyişilməsi vacibdir. Bunu millət vəkili Qənirə Paşayeva deyib.
O bildirib ki, biz formal dərslərdən reallığa keçməliyik: “Fiziki, psixoloji hazırlıq olmaldıır. Təhsil və Müdafiə Nazirliyi arasında iş birliyi çərçivəsində həll olunmaldıır. Hər məktəbdə silah-sursatla təmin olunmasında problem varsa, ryonlarda xüsusi mərkəz yaradıla bilər. Gənclər ayda bir dəfə bu mərkəzə gətirilə və silahlarla tanış ola bilər. Bu, hərbi hazırlığın keyfiyyətinin yüksdəlməsinə kömək etmiş olardı”.
Millət vəkili Fazil Mustafa deyib ki, insanlar rütbəni ala bilmirlər, tapşırtmalı olurlar, başqa yola üz tutmalı olurlar: “Vaxtında rütbələrin verilməməsinə görə məsuliyyət nəzərdə tutulmalıdır. əgər göstərilən müddətdə rütbə verilmirsə, onda demək vəzifə səlahiyyətindən sui-istifadə olunur”.
Deputat Fazil Qəzənfəroğlu bildirib ki, bu gün Milli Məclisin qaşısında yığılan müharibə əlilləri, şəhid ailələri var: “Konstitusiya Məhkəməsinin qərarı səbəbindən hamı yığışır gəlir Milli Məclisin üstünə. Bu qanun əsasında məhkəmə qərar çıxarır, amma icra olunmur. Amma dövlət müəyyən mənada təminat verməlidir ki, bu il neçə nəfərə sığorta pulu verilməlidir. Bu insanların həvəsdən salınması, insanların ordudan yayınmasına, şəhid ailəsinin haqqı çatdığı hər şeyi təmin etsək, inam artar. Biz sığorta şirkətinin yox, insanların tərəfində olmalıyıq”.