!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərbin Cənubi Qafqaz PLANI: Ehtiyatla davranmağın iki SƏBƏBİ

!Reklam – Yazi

“İki müharibə aparan ölkə arasında sülh yaratmaq əvəzinə, əksinə, qarşıdurmanı dərinləşdirirlər”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Ermənistanla Azərbaycan arasında gərginlik, bunun səbəbləri və Qərbin tutduğu mövqeni şərh edən politoloq Qabil Hüseynli deyib.

Qabil Hüseynli bildirib ki, Qərbin tutduğu mövqe qızışdırıcıdır.

“Regionda mürəkkəb vəziyyət yaranıb. Kollektiv Qərb ABŞ-ə ilə birlikdə Ermənistanı öz ağuşuna aldılar. Ermənistan üçün ABŞ və Avropa İttifaqı vəsait ayırdı. Onlar ayırdıqları pulun adını Ermənistan xalq təsərrüfatının inkişafı üçün qoyurlar. Əslində bu pullar ona görə ayırılır ki, Ermənistan Rusiyadan uzaqlaşsın, asılılığını aradan qaldırsın. Ancaq o qədər pulla asılılıq aradan qalxmaz”, – deyə o əlavə edib.

Politoloq bildirib ki, bu gün Ermənistanın bütün təchizatı Rusiyadan gəlir. “Rusiyadan Ermənistana göndərilən, yaxud Ermənistandan Rusiyaya göndərilən məhsulları hesablasaq, ABŞ və Avropa İttifaqının verdiyi pulların fonunda çox ciddi rəqəm var. Ermənistan kənd təsərrüfatı ölkəsidir və bütün məhsullarını Rusiyaya göndərir. Ermənistan özünə lazım olan bütün texniki vasitələri Rusiyadan alır. Əvvəllər daha çox alırdı. Ermənistan nefti, qazı Rusiyadan alır. Ermənistan Rusiyadan daha çox asılıdır”.

Onun sözlərinə görə, belə görünür ki, Qərb Cənubi Qafqazda yerləşmək istəyir, ancaq bunun üçün kifayət qədər vəsait ayırmaq istəmir: “Ona görə ki, birincisi Rusiyadan qorxur, ikincisi isə bunun Azərbaycana qarşı çevrilə biləcəyindən ehtiyatlanır. Azərbaycan özünün bəyanatını verib, bildirib ki, bölgədə sülhün xeyrinə çalışmaq əvəzinə, dövlətlərdən birini tam təmin edirsiniz, pul ayırırsınız, bölgədə tərs mütanasib vəziyyət yaradırsınız. Sabah sabitlik pozulduqda, bu, dərhal müharibəyə çevriləcək. Ona görə də Qərb yalnışlıqları düzəltməlidir. Qərb birtərəfli hərəkət etməməli, Azərbaycanla Ermənistan arasında xristian təəssübkeşliyini nəzərdə tutan siyasət həyata keçirməməlidir.

İki müharibə aparan ölkə arasında sülh yaratmaq əvəzinə, əksinə, qarşıdurmanı dərinləşdirirlər. Ona görə də, Brüsseldə keçirilən görüş sülhə, əmin-amanlığa xidmət edən tədbir hesab etmirəm. Bu qızışdırıcı, tərəfləri bir-birinin üzərinə qaldıran görüş idi. Qərb birtərəfli addımlarını aradan qaldırmazsa, bölgə üçün xoş gələcək gözlənilmir”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

1571
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv