Qərbin enerji xilas planında ƏSAS OYUNÇU: Azərbaycan “alternativ mənbə”dən strateji mərkəzə ÇEVRİLİR

media-hightechnic-468x90

“Azərbaycan xarici siyasətinin əsasında enerji resurslarının şaxəli yollarla dünya bazarına çıxarılması dayanır. İndiyə qədər bu istiqamətdə çox uğurlu siyasət aparılaraq Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TAP və TANAP kimi beynəlxalq əhəmiyyətli layihələr həyata keçirilib”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Yalçın Hacızadə deyib.

media-whatsapp-gorsel-2025-09-30-saat-13-52-55_f600451a

O bildirib ki, dövlətimiz 30 il bundan əvvəl bu günləri görərək işlər aparıb:

“Həmin vaxtlarda bu layihələrin uğurlu olmayacağını deyənlər, həyata keçirilməsinə mane olanlar, müxtəlif yollarla beynəlxalq maliyyə qurumlarına təzyiq göstərərək investisiyanın qarşısını almaq istəyənlər indi növbəyə dayanaraq bizdən imdad diləyirlər. Torpaqlarımızı işğaldan azad edərək Cənubi Qafqaza sülh gətirməyimiz, Rusiya-Ukrayna müharibəsinin başlanması, Azərbaycanın enerji siyasətindən bəzi ölkələr kimi siyasi təzyiq və şantaj aləti kimi istifadə etməməsi, Zəngzur dəhlizinin açılması istiqamətində razılaşma bizə olan ümidləri və maraqları daha da artırır. Avropa İttifaqının (Aİ) qəbul edəcəyi 19-cu sanksiyalar paketindən sonra əsas məqsəd Rusiya qazından asılılığı minimuma endirməkdir. Qərb yeni enerji mənbələrinin artarışındadır”.

Ekspert vurğulayıb ki, ABŞ Prezidenti Donald Tramp da bu istiqamətdə Qərb ölkələrinə təsir edir:

“Buna görə də Avropa İttifaqı 2027-ci ilin əvvəlindən rus qazından tamamilə imtina etməyi hədəfləyir. Bu da Qərbi yeni enerji mənbələri axtarmağa məcbur edir. Bu kontekstdə Azərbaycan əsas alternativ enerji mənbəsi kimi ön plana çıxır. Cənub Qaz Dəhlizi layihəsi bir neçə ildir ki, Avropanın enerji təchizatında mühüm rol oynayır. Hazırkı məqamda əsas hədəf ixrac həcmini artırmaq və Azərbaycanın bazardakı mövqeyini möhkəmləndirməkdir. Ölkəmizin yerləşdiyi coğrafi mövqeyi, yəni həm Avropaya, həm də Asiya bazarına yaxınlığı bizə üstünlüklər verir. Hazırda Azərbaycanın tam miqyaslı enerji bazarına çevrilməsi üçün müəyyən məhdudiyyətlər var”.

Y. Hacızadə bu məhdudiyyətlərin nədən ibarət olduğunu da açıqlayıb:

“İlk növbədə, hasilatın artırılması böyük sərmayə və vaxt tələb edir. Bundan əlavə, TANAP və TAP kimi əsas boru kəmərlərinin genişləndirilməsi zəruridir. Buna baxmayaraq, Azərbaycan Avropa üçün tam alternativ olmasa da, strateji əlavə mənbə rolunu oynaya bilir. ABŞ Prezidenti Donald Tramp ölkəsinin enerji müstəqilliyinə üstünlük verir və Qərbi Rusiyanın asılılığından uzaqlaşdırmağa çalışır. Bu da Azərbaycanın maraqları ilə üst-üstə düşür. Növbəti seçkilərdə Trampın hakimiyyətdən getməsi və ya yenidən prezident seçilməsi Azərbaycanın enerji siyasətinə dolayı yolla təsir göstərə bilər. Rəsmi Bakının enerji resursları və Zəngəzur dəhlizinin istifadəyə verilməsi, həm ölkəmiz və həm də Avropa üçün strateji əhəmiyyət kəsb edir. Bu layihə yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan yeni imkanlar açır. Enerji resurslarımızla bağlı zaman-zaman müxtəlif neqativ çağırışlar müşahidə etsək də, Azərbaycanın bu bazarındakı mövqeyinin güclənməsi reallığa çevrilməkdədir”.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa