!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qətər: "Tələbləri müzakirə etməyə hazırıq, ancaq..."  

!Reklam – Yazi

Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman əl Sani, Körfəzdəki böhranın həlli üçün təklif edilən tələbləri rədd edəcəklərini bildirib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, nazir ölkəsinin bu tələblərin müzakirəsinə hazır olduğunu, lakin Qətərin suverenliyinə hörmət edilməsinin vacibliyini vurğulayıb. Əl Sani 4 Körfəz ölkəsinin göndərdiyi 13 maddəlik tələblər siyahısını rədd edəcəklərini söyləyib. O bildirib ki, vasitəçi rolunu öz üzərinə götürən Kuveytlə konstruktiv bir dialoq aparmaq istəyirik.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir rəsmi Dohaya ünvanladıqları tələblərin on gün içində yerinə yetirilməsini gözləyirdi. Bu gün isə Qətərə verilən müddətin son günüdür.

Yenicag.Az

www.yenicag.az

952
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv