Körfəz ölkələri tərəfindən Qətərə irəli sürülən tələblər siyahısı sosial mediada müzakirə olunmaqdadır.
Yenicag.az xəbər verir ki, sözügedən tələblər istifadəçilərin gülüş obyektinə çevrilib. Qətərli internet istifadəçiləri siyahıya daha 3 maddənin əlavə edilməsini təklif ediblər:
14. Yatmazdan əvvəl dişlərinizi fırçalayın;
15. İş günlərində televizora baxmayın;
16. Qətərlilər hər 2 həftədənbir vurma cədvəlindən imtahan verməlidirlər.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının liderliyi ilə bir qrup ərəb ölkəsi Qətərlə diplomatik münasibətləri kəsib.
Münasibətlərin nizama salınması üçün Dohaya 13 maddəlik tələblər siyahısı irəli sürülüb. Tələblər arasında İranla əlaqələri kəsmək, Əl-Cəzirə telekanalını bağlamaq və Türkiyə ilə hərbi əməkdaşlığa son qoymaq da yer alıb.
Sosial mediada ciddiliyi ilə tanınan şəxslər belə bu şərtlərin yerinə yetirilməsinin imkansız olduğunu bildirərək, qarşı tərəfi bu şəkildə ələ salıblar.
www.yenicag.az