2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə XXII dünya çempionatının təşkil olunacağı vaxt təsdiqlənib.
Yenicag.az xəbər verir ki, bu barədə FIFA-nın prezidenti Canni İnfantino açıqlama verib. O bildirib ki, növbəti mundial dörd il sonra – noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək: “Artıq qərar qəbul olunub və milli çempionatlarla əlaqədar bütün ölkələrin federasiyaları bu barədə məlumatlandırılıb. Əminik ki, əla çempionat olacaq. Çünki futbolçular mundiala əla formada qatılacaqlar”.