Qəza düşən avtomobillə bağlı dəhşətli faktlar

media-hightechnic-468x90

c6855cb1f9c26f5f377bfc4b503d1aeeDünən axşam saatlarında marşrut avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində baş verən qəzanın detalları bəlli olub.

Yenicag.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

Məlum olub ki, qəzaya düşən minik avtomobili qaçırılıbmış.

Belə ki, martın 28-də saat 14 radələrində Bakı sakini 1962-ci il təvəllüdlü Tofiq Gülməmmədov özünə məxsus Mercedes markalı 90 LB 483 nömrəli avtomobili Nizami rayonu Babək prospekti 71-in qarşısında yerləşən avtoyuma məntəqəsində orada işləyən Cəlilabad sakini 1993-cü il təvəllüdlü Rüstəm Bədirova yumağa verib.

R.Bədirov avtomobili qaçıraraq saat 21 radələrində Babək prospektində Gürcüstan vətəndaşı 1960-cı il təvəllüdlü Mustafa Məmmədovun idarə etdiyi Daewo markalı 90 VS 438 nömrəli 49 saylı xətt avtobusu ilə toqquşub.

Nəticədə R.Bədirov xəstəxanaya aparılarkən yolda, sərnişini Masallı sakini 1993-cü il təvəllüdlü Mübariz Abbasov isə xəstəxanada ölüb.

Avtobus sərnişinlərindən 1939-cu il təvəllüdlü Elnarə İsmayılova, 1977-ci il təvəllüdlü Tamara Abdullayeva və 1993-cü il təvəllüdlü Aysel Hüsenova xəstəxanada yardım alıb evə buraxılıblar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600