Qəzada ölən 25 yaşlı sürücü
Sabunçu rayonunun Pişağı qəsəbəsində ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
Məlumata görə, 25 yaşlı Elnur Kərimov idarə etdiyi “Chevrolet” markalı avtomobil “ZIL” markalı yük maşını ilə toqquşub.
Zərbənin təsirindən “Chevrolet”in sürücüsü Elnur Kərimov ağır bədən xəsarətləri alıb.
Yaralı dərhal təcili tibbi yardım avtomobili ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıb.
Yaralı xəstəxananın əməliyyat otağına aparılarkən dünyasının dəyişib.
Faktla əlaqədar avtotexniki və tibbi ekspertizalar təyin edilib. Araşdırmalar davam etdirilir.
(anspress.com)