Qəzaya düşənin yaxınları xəstəxanada həkimi döydü – Azərbaycanda

media-hightechnic-468x90

Saatlıda 1 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Yenicag.az “Report”a istinadla xəbər verir ki, hadisə rayonda fəaliyyət göstərən Xəyal restoranının yaxınlığında qeydə alınıb.

Avtomobil qəzası nəticəsində rayonun Azadakənd kənd sakini, 47 yaşlı İlhamə Yəhya qızı Qurbanova müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada həkim Asif Həsənov qadına ilk tibbi yardım göstərərkən yaralının yaxınları tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600