Qəzza ilə bağlı danışıqlar dalana dirəndi

media-hightechnic-468x90

HAMAS və İsrail arasında Qəzza zolağındakı münaqişənin nizamlanması ilə bağlı aparılan dolayı danışıqlar dalana dirənib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bunu Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Tani Madriddə keçirilən və Fələstin-İsrail münaqişəsinin həllinə həsr olunmuş nazirlər toplantısında çıxışı zamanı deyib.

“Biz münaqişənin həlli üçün müxtəlif yaradıcı yanaşmalar axtarırıq, lakin indiyə qədər heç biri nəticə verməyib”, – hökumət başçısı vurğulayıb.

Əl Taninin sözlərinə görə, İsrail Qəzzaya humanitar yardımın çatdırılması məsələsini danışıqlarda təzyiq vasitəsi kimi istifadə edir:

“Misirlə birlikdə vasitəçilik səyləri çərçivəsində biz atəşkəsə dair danışıqlar aparılan dövrdə Qəzzaya humanitar yardımın çatdırılmasını təmin etməyə çalışdıq. Təəssüf ki, İsrail humanitar yardımı bu danışıqlarda təzyiq alətinə çevirib”, – deyə Qətər Baş naziri qeyd edib./Apa/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05