!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qəzza zolağında ölənlərin sayı şişirdilir? – DETALLAR

!Reklam – Yazi

“Qəzza Səhiyyə Nazirliyinin təqdim etdiyi məlumatda, İsrailin HƏMAS qruplaşmasının hücumuna cavab olaraq sektorda 44 min dinc sakin həyatını itirdiyi bildirilib, lakin bu rəqəm əslində olduqca şişirdilmişdir”.

Yenicag.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.

Nəşrə görə, adıçəkilən nazirlik HƏMAS-ın nəzarətindədir və sistematik olaraq Qəzza sektorunda dinc sakinlər arasında həyatını itirənlərin sayını şişirdib.

Qeyd olunur ki, xüsusilə ölənlərin hansının dinc sakin, hansının döyüşçü olduğu ilə bağlı qarışıqlıq mövcuddur. Çox vaxt döyüşçülər arasında öldürülənlər dinc sakinlər kimi təqdim olunub.

Bundan əlavə, israilli qəzetin bildirdiyinə görə, bu yanlış məlumatın beynəlxalq aparıcı KİV-lərdə də əks olunduğu və həmin media qurumlarının Qəzza Səhiyyə Nazirliyinin məlumatlarına daha çox istinad etdikləri, israilli və ya amerikalı xüsusi xidmət orqanlarının təqdim etdiyi məlumatlardan daha çox istifadə etdikləri vurğulanır.

www.yenicag.az

141
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv