İsrailin Qəzzaya qarşı hava hücumları nəticəsində son 24 saat ərzində ən azı 50 fələstinli həlak olub.
Yenicag.az xəbər verir ki, bu barədə “The Arab News” portalı məlumat yayıb.
Qeyd olunur ki, İsrail və HƏMAS arasında 10 aydır davam edən müharibəni dayandırmaq üçün son anadək diplomatik səyləri davam edərkən, İsrail ordusu Qəzza zolağında tunellər, buraxılış məntəqələri və müşahidə məntəqəsi də daxil olmaqla 30-a yaxın hədəfi vurduğunu bildirib.
Bildirilib ki, əsgərlər onlarla silahlı döyüşçünü öldürüb və partlayıcı maddələr, qumbaraatan və avtomatik tüfənglər də daxil olmaqla silahları ələ keçirib. Hərbçilər döyüşlər nəticəsində didərgin düşmüş yüz minlərlə fələstinlinin sığınacaq axtardığı Qəzzanın mərkəzindəki Deyr Əl-Bələh bölgəsində yeni təxliyə əmrləri verib.
Həkimlər və sakinlərin dediyinə görə, hərbçilərin mülki insanları “təhlükəli döyüş zonasına” çevrilmiş ərazidən təmizləmək üçün lazım olduğunu söylədiyi təxliyə əmrləri tez bir zamanda verilib.
Rafi Müslümov
www.yenicag.az