QHT gənc sahibkarları maarifləndirir
Layihə Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyilə icra olunur.
“Gənc Mühasiblər” İctimai Birliyinin təşkilatçılığı ilə “Bakı ətrafı qəsəbələrdə yaşayan gənclərin sahibkarlıq fəaliyyətinə dəstək” layihəsinin növbəti mərhələsi Binəqədi rayonunun qəsəbələrində yaşayan gənc sahibkarların iştirakı ilə davam edir.
Layihə Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi Rayon Sahibkarlar Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilir. Gənc sahibkarlara “Sahibkarlıq fəaliyyəti və məqsədlər”, “Sahibkarlıqda marketinq və satış strategiyası”, “Bazar çevrəsi və bazar fürsətləri”, “Vergilər”, “Mühasibat uçotu” adlı təlimlər keçirilir.
Layihə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.4 bəndinə – Gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğunun təmin edilməsi və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair” Dövlət
Proqramında qeyd olunan bəndlərə uyğun olaraq həyata keçirilir.
Qeyd edək ki, layihə Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyilə icra olunur.