QHT rəhbərinin avtomobili yandı

media-hightechnic-468x90

81835Bakının Səbail rayonunda avtomobil yanıb.

Hadisə İstiqlaliyyət küçəsində qeydə alınıb. “Lexus” markalı 10- UA-350 dövlət nömrə nişanlı maşın qəfildən alovlanıb. Xoşbəxtlikdən maşında olan 2 nəfərə heç xəsarət dəyməyib. Maşının sürücüsü Mahirə Əmirhüseynovanın sözlərinə görə, avtomobildə nasazlıq hiss edən kimi ətrafdakıların təkidindən sonra avtomobili tərk edib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin Səbail rayon hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın tez bir zamanda söndürülüb.

İlkin ehtimala görə, yanğına maşının mühərrik hissəsində baş verən qısaqapanma səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, zərərçəkən Mahirə Əmirhüseynova “XXI Əsrin Qadınları” İctimai Birliyin rəhbəridir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600