Bir neçə gündür vikipediyada Qarabağ müharibəsi şəhidlərinin məlumatlarının silinməsi ilə bağlı yayılan məlumatlar və cəmiyyətin sərt reaksiyaları geniş müzakirələrə səbəb olub. Bu addım Azərbaycan cəmiyyətində böyük narahatlıq doğurub və milli dəyərlərə qarşı ciddi hörmətsizlik kimi qiymətləndirilib. Silinən məlumatlar şəhid ailələrini və vətənpərvər vətəndaşları haqlı olaraq hiddətləndirib. Bir çox QHT rəhbərləri də bu məsələyə öz münasibətlərini bildirərək, belə addımları milli xəyanət və şəhidlərimizin əziz xatirəsinə dərin hörmətsizlik kimi dəyərləndiriblər.
Bu hadisə ilə bağlı QHT rəhbərləri və ictimai fəallar narahatlıqlarını ifadə edərək, bunu Azərbaycan xalqının qəhrəmanlıq irsini və tarixi yaddaşını təhrif etmək cəhdi kimi görürlər. Xüsusilə, milli düşüncəmizə zidd olan bu addımlar şəhidlərimizin əziz xatirəsinə qarşı ən böyük haqsızlıq kimi vurğulanır. Müxtəlif QHT sədrləri də məsələ ilə bağlı öz fikirlərini QHT.az saytı ilə bölüşüblər.
Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu:
“Vikipediyada yazı silənlər dəstəsi nəzarətə götürülsün. Vikipedianın Azərbaycan seqmentinə “məsul” olan bəzi ibtidai yabanı bitkilərin alaqotu düşüncəsinin, kərtənkələ əməlinin törətdiyi milli soyqırımla bağlı dəfələrlə həyəcan təbili çalanlardan biri də mənəm. Bu dəstənin bir neçə üzvü ilə virtual sektorda danışıb murdar hərəkətlər etdiklərini dəfələrlə xatırlatmışam. Bu mövzuda mötəbər tədbirlərdə, media orqanlarında, sosial şəbəkələrdə çıxışlar etmişəm.
Demişəm və deyirəm ki, bu dəstənin milliliyimizi hədəf alan üzvləri məhz Vətən əleyhinə işlər görürlər. Məqsəd tariximizə, dəyərlərimizə, şəxsiyyətlərimizə, bütövlükdə varlığımıza “vikipedik deyil” bəhanəsi ilə zərbə endirmək, kimliyimizi zədələməkdir. Bu da növbəti acı və ağrıdıcı faktdır. Həmin alaqotu düşüncəli dəstə yüzlərlə şəhidlərimiz barədə məqalələri “vikipedik deyil” iddiası ilə vikipediyadan siliblər. Hadisədən ilk dəfə dəyərli həmkarım Fərid Pərdəşünasın paylaşımı vasitəsilə xəbər tutmuşam. İlk reaksiyam belə olmuşdu: axı bu adamlar kimdir ki, belə rəzalətə çəkinmədən müəlliflik edirlər?
Əziz həmkarım Rey Kərimoğlunun paylaşımı sualıma dəqiq cavab oldu. Şəhidlərimizin ruhuna həqarət edən bu dəstənin təmsilçilərinin haradan sifariş aldığı aydınlaşdı. Bizimki olmayanların bizim vikipedianı idarə etməsinə imkan vermək olmaz. Yerləşdirilən məqalələri vikipediyadan silmək səlahiyyətinə malik olan hər kəs nəzarətə götürülsə, onların fəaliyyətini hüquq-mühafizə orqanları izləsə, şəhidlər barədə yazıların silinməsi halı baş verə bilməz.
“Solavirum”, “Grenzsoldat”, “Nemoralis”, “Dr.Wiki54″ nikləri altında gizlənən Cəlal Cavadov, Nəriman Məmmədli, Cavid Rəsulzadə və bu sinfə daxil olan ibtidai yabanı bitkilər kimi həyat tərzi keçirənlərin strateji informasiya sahəsində rol almağı düzgün deyil.”
Bakı Natiqlik Məktəbi İctimai Birliyinin sabiq sədri Elçin Mirzəbəyli:
“Zahirən və mahiyyət etibarilə Azərbaycan xalqı ilə yaxından-uzağa heç bir əlaqəsi olmayan bu vikipediaçıların şəhidlərimizlə bağlı məqalələri antiterror əməliyyatlarının ildönümü öncəsi kütləvi şəkildə pozmaları əsla təsadüfi deyil. Bu şərəf və ləyaqət yoxsullarının torpaqlarımızın işğal altında olduğu zaman kəsiyində, çeşidli proqramlar vasitəsilə azərbaycanlıları təslimçi sülhə sövq etmək istəyənlərin, 44 günlük müharibə və postmüharibə dövründə, eləcə də antiterror əməliyyatları zamanı və daha sonra “müharibə əleyhinə” çağırışlar etməklə müharibə canilərini, terrorçu-separatçıları müdafiə edənlərin cərgəsində yer aldıqlarına da zərrə qədər də şübhə etmirəm. Baş verənlər informasiya təhlükəsizliyi ilə bağlı olduğu üçün ciddi şəkildə araşdırılmalı, sifarişin haradan və hansı məqsədlə verildiyi müəyyənləşdirilməlidir.”
İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı:
“Bu adamlar Vikipediyada şəhidlərimizlə bağlı məlumatları silənlərdir. Şəhidlərimizlə bağlı məqalələri silən bu şəxslər xalqımıza və dəyərlərimizə xəyanət edirlər. Onların xəyanətkar əməlləri davam edir və hazırda Xocalı qurbanlarına dair məqalələrin silinməsinə cəhd göstərirlər. Bütün bunların Zəfər tariximizin başlandığı sentyabr ayına təsadüf etməsi isə heç də təsadüfi deyil. Hesab edirəm ki, bu şəxslərin xarici xüsusi xidmət orqanları ilə mümkün əməkdaşlığı ciddi şəkildə araşdırılmalıdır.”
Gəncə Regional Qadın Mərkəzinin sədri Məleykə Əlizadə:
“Azərbaycan tarixinin əsl həqiqətləri müxtəlif ideologiyalar tərəfindən təhrif ediləndə başqa dövr idi. İndi isə ən yaxın tariximizi yazan şəhidlərimiz haqqında yazıları silən xainləri tanıyın. Bu kibercinayətdir və onlar cəzalarını almalıdır. Bu şərəfsizləri müdafiə edənlər də rədd olub getsinlər. Şəhidlərimiz haqqında o qədər yazılar var və olacaq ki, bu selin qarşısını kimsə ala bilməz!”
“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə:
“Şəhidlərimizə qarşı belə hərəkətlər edən şəxslərin azərbaycanlı olması böyük sual doğurur. Bu, hər hansı siyasi məsələ deyil, fərqli etiqadınız olsa belə, söhbət Vətən uğrunda canlarını fəda edən insanlardan gedir. Bu qədərmi alçalaraq mənliyini pula satan insanlar ola bilər? Çox güman ki, onlar ölkə xaricində fəaliyyət göstərirlər. Lakin belə şəxslərin ən ağır şəkildə cəzalandırılması vacibdir ki, xalqın şəhidlərinə qarşı hər hansı hörmətsiz hərəkətin nəticələrini anlasınlar. Qeyd edim ki, bu məxluqlar son günlərdə müzakirəyə çıxarılan, Vikipediyada şəhidlərimizin məqalələrini silən və sildirənlərdir Cəlal Cavadov, Nəriman Məmmədli və Cavid Rəsulzadə.”
Qadın Problemlərinin Tədqiqatları Mərkəzinin sədri Sevil Allahverdiyeva:
“Şərəfsiz haramzadələr! Bunlar ömürlük həbs cəzasına məhkum edilməlidirlər. Anaları baxıb fəxr etsinlər yetimçələri ilə.”
Regional Gender Mərkəzinin sədri Şərqiyyə Dadaşova:
“Şəhidlərimizə qarşı bu cür münasibət bağışlanmazdır. Onlar hər zaman bizim qəlbimizdədir. Bu adamlara isə Azərbaycanın dəyərindən və gerçəkliyindən xəbərsiz olmaq yaraşır. Ayıb olsun!”
Azərbaycan Milli İnkişaf Layihəsi İctimai Birliyinin sədri Rauf Rəcəbov:
“Bunların özlərini təftiş etmək lazımdır. Kimi istəyirlər, məlumatlarını Vikipediyadan silirlər. Şəhidlərimizə qarşı olan bu hərəkətlər bağışlanmazdır. Kim onlara bu ixtiyarı verib? Manqurtlar.”
Müasir İnternet Resurslarının İnkişafı İctimai Birliyinin sədri Zamin Zeynal:
“Bu cür düşmən dəyirmanına su tökən gənclərin olması təəssüf doğurur. Faktiki olaraq bu cür hərəkətlər dövlətimizə və millətimizə xəyanətdir. Buradan aydın olur ki, ölkəmizin informasiya təhlükəsizliyi ilə bağlı məsələlərə vətəndaş cəmiyyəti olaraq diqqətimizi daha da artırmalıyıq.”
Qarabağın Tərəqqisi Naminə İctimai Birliyinin nümayəndəsi Urfan Sərkərov:
“Son zamanlar Vikipediyanın Azərbaycan bölməsində şəhidlərimizə həsr olunmuş məqalələrin silinməsi hadisəsi ilə qarşılaşmışıq. Qarşı tərəfin bunu etməsi müəyyən mənada başa düşülə bilər, lakin “sapı özümüzdən olan baltalar”ın belə bir addım atması təəssüf doğurur. Vikipediyaçılar arasında şərəfli insanlar olduğunu bilirəm və ad çəkməklə kimisə hədəf göstərməyin doğru olmadığını düşünürəm, amma bu, təkcə tariximizə deyil, həm də milli kimliyimizin vacib hissəsinə qarşı bir təhqirdir.
Şəhidlərimiz Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarını fəda etmiş qəhrəmanlardır. Onların həyat hekayələri, göstərdikləri şücaət və fədakarlıqları gələcək nəsillər üçün ilham mənbəyi olmalıdır. Vikipediya kimi açıq bir platformada bu məqalələrin silinməsi, onların xatirəsinin silinməsi cəhdidir. Bu cür hərəkətlərin arxasında duran arqumentlər, əsasən, “ensiklopediklik” və “neytrallıq” prinsiplərinə əsaslanır. Lakin bu prinsiplərin şəhidlərimizin xatirəsinə tətbiq edilməsi absurddur. Şəhidlərimiz təkcə tarixi şəxsiyyətlər deyil, həm də millətimizin qəhrəmanlarıdır. Onların hekayələri hər bir Azərbaycan vətəndaşı üçün əhəmiyyətlidir və heç bir prinsip onların xatirəsinin silinməsini əsaslandıra bilməz. Hazırda Vikipediyanın Azərbaycan bölməsində yüzlərlə “ensiklopedik olmayan” məlumat olduğunu nəzərə alsaq, şəhid məqalələrinin silinməsi, həmçinin informasiya müharibəsinin bir təzahürüdür. Tariximizi və qəhrəmanlarımızı unutdurmaq istəy
ən qüvvələr bu cür hərəkətlərlə məqsədlərinə çatmağa çalışırlar. Bu, milli yaddaşımıza qarşı yönəlmiş bir hücumdur və biz buna səssiz qala bilmərik.
Bir Azərbaycan vətəndaşı kimi aşağıdakıları tələb edirəm:
1. Vikipediya Azərbaycan bölməsi administrasiyası şəhid məqalələrinin silinməsi hallarını araşdırmalı və bu cür hərəkətlərə yol verən şəxslərə qarşı tədbirlər görməlidir.
2. Şəhidlərimizin xatirəsinin qorunması üçün Vikipediyada xüsusi bir bölmə yaradılmalı və bu bölmədə şəhidlərimizə həsr olunmuş məqalələr qorunmalıdır.
3. İnformasiya müharibəsinə qarşı mübarizə gücləndirilməli və tariximizi, qəhrəmanlarımızı unutdurmaq istəyən qüvvələrə qarşı qətiyyətli tədbirlər görülməlidir.
Şəhidlərimizin xatirəsi əbədidir!”
www.yenicag.az