QHT şurası ilə bağlı xəbərlər

media-hightechnic-468x90

1413302274491847001_600x400Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib.

Gündəlikdə duran məsələlər haqqında məlumat verən Şura sədri Azay Quliyev rəhbərlik etdiyi qurumun 2014-cü ilin III rübündəki fəaliyyət hesabatı, xarici QHT-lər üçün növbəti qrant müsabiqəsi və daxil olan layihələrdən bəhs edib.

A.Quliyev Şuranın xarici QHT-lər üçün yeni qrant müsabiqəsi ilə bağlı məlumat verərək ötən dəfəkilərdən fərqli olaraq bu dəfə QHT-lər üçün zaman məhdudiyyətinin qoyulmadığını, onların ilboyu layihələrlə müraciət edə biləcəyini deyib. Şura sədri müsabiqənin coğrafiyasının da genişləndirilərək Avropa İttifaqı, MDB və Şimali Amerika ölkələrini əhatə etdiyini vurğulayıb.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov cari ilin III rübü ərzində qurumun həyata keçirdiyi işlər haqqında məlumat verib.
Ötən rüb ərzində Şuranın beynəlxalq əlaqələrinin inkişafı haqqında da danışan icraçı direktor təmsil etdiyi qurumun nümayəndələrinin Polşa, Gürcüstan, Bolqarıstan, Belçika, Fransa, Türkiyə və digər ölkələrdə ölkəmizin milli mənafelərinin müdafiəsi ilə bağlı keçirilən mühüm tədbirlərdə iştirak etdiyini bildirib. Qeyd edilib ki, 2014-cü ilin sentyabr ayında Şura ilə Almaniya, İtaliya, Belçika və İsveçrənin bir sıra nüfuzlu QHT-ləri arasında qrant müqaviləsi imzalanıb. F.Qurbanov Şuranın xarici QHT-lər üçün ikinci qrant müsabiqəsinin nəticələrinə görə 18 təşkilatın layihəsinin bəyənildiyini qeyd edib və onların hər biri haqqında məlumat verib. O, həmçinin Şuraya yerli QHT-lərdən yeni daxil olan layihələr barədə danışıb.

***

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Tələbə-Gənclər Təşkilatının (TGT) iştirakı ilə mexanika-riyaziyyat və tətbiqi riyaziyyat fakültəsinə yeni qəbul olunmuş tələbələrlə görüş keçirilib

Oktyabrın 13-ü BDU-da yeni tələbələrlə görüş keçirilib. Görüşdə THİK sədri Daşqın Qənbərov, TGT sədr əvəzləyicisi Nicat Kərimov, universitetin bədən tərbiyəsi kafedrasının müdiri Akif Atakişiyev və müvafiq olaraq fakültə sədrləri, Nigar Nəcəfova və Emil Vəliyev iştirak edib.

Diskussiya formasında keçən görüşdə tələbələrin sualları cavablandırılıb. Universitet həyatı ilə bağlı müzakirələr aparılıb.
BDU THİK sədri Daşqın Qənbərov tələbələrə universitetdə yaradılan şəraitdən və birbaşa olaraq dövlətin onlar üçün yaratdığı şəraitdən söz açaraq müasir Azərbaycan gənci üçün açılan geniş imkanları vurğulayıb:

“Ölkəmizdə gənclərin, o cümlədən, tələbələrin inkişafı üçün şərait yaradılıb. Artıq istənilən Azərbaycan gənci müxtəlif yönümlü layihələr həyata keçirə, özünü təsdiq edə bilər və bunun üçün hər cür imkanlar var. Yetər ki, siz sadəcə addım atasınız. ”, – deyə, komitə sədri bildirib.

Azərbaycanda həyata keçirilən gənclər siyasətindən danışan Daşqın Qənbərov artıq buna xaricdən də qiymət verildiyini qeyd edib:

“Azərbaycanın gənclər siyasəti ilə bağlı həyata keçirdiyi işlərə yüksək qiymət verilir. Gənclər siyasəti üzrə I Qlobal Forumun məhz Bakıda keçirilməsi bunun ən gözəl nümunəsidir. Azərbaycanda uğurlu dövlət siyasətinin həyata keçirilməsi öz müsbət nəticələrini göstərir. Bu günə qədər nümunəvi konsepsiyalar, layihələr reallaşdırmışıq, bir neçə dövlət proqramları gerçəkləşdirmişik”, – deyə, sədr əlavə edib.

Sonda TGT və THİK sədrləri tələbələrin problemləri və qayğıları ilə maraqlanmaq üçün bu cür görüşlərin mütəmadi olaraq keçiriləcəyini söyləyərək, tələbə adını qazanmış gənclərə uğurlar diləyiblər.

***

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Gündəlikdə duran məsələlər haqqında məlumat verən Şura sədri Azay Quliyev rəhbərlik etdiyi qurumun 2014-cü ilin 3-cü rübündəki fəaliyyət hesabatı, xarici QHT-lər üçün növbəti qrant müsabiqəsi və daxil olan layihələrlə bağlı fikirlərini bildirib.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov 2014-cü ilin 3-cü rübü ərzində qurumun məhsuldar çalışdığını qeyd edərək həyata keçirilən işlər haqqında ətraflı məlumat verib. Şuranın informasiya saytı olan qhtxeber.az-ın ötən rüb ərzində fəal şəkildə QHT-lərin fəaliyyətini işıqlandırdığını deyən F.Qurbanov eyni zamanda “Vətəndaş cəmiyyəti” jurnalında da 150-dən artıq təşkilatın layihəsi haqqında məlumatın yayımlandığını qeyd edib. Şura keçən dövr ərzində QHT-lərə göstərdiyi konsultativ xidməti də davam etdirərək, xüsusi ilə elektron imza ilə bağlı təşkilatlara yardım edib. Şuranın təşkilatçılığı ilə regionlarda QHT-lərə “səmərəli idarəetmə” mövzusunda təlimlər keçirilməyə başlanılıb.

Ötən rüb ərzində Şuranın “hüquq və monitorinq” koomissiyasının iclası keçirilib və QHT qanunvericiliyinə edilən son əlavə və dəyişikliklər geniş müzakirə olunub. Eyni zamanda İsmayıllı, Saatlı, Lənkəran, Göyçay, Bərdə, Samux və digər rayonlarda Şura üzvləri və Katibliyin əməkdaşlarının iştirakı ilə “QHT-lərin müsbət təcrübəsinin yayılması” mövzusunda geniş tərkibli məlumatlandırma sessiyaları keçirilib.

2014-cü ilin 3-cü rübü ərzində Şuranın beynəlxalq əlaqələrinin inkişafı haqqında da danışan icraçı direktor təmsil etdiyi qurumun nümayəndələrinin Polşa, Gürcüstan, Bolqarıstan, Belçika, Fransa, Türkiyə və digər ölkələrdə ölkəmizin milli mənafelərinin müdafiəsi ilə bağlı keçirilən mühüm tədbirlərdə iştirak etdiyini bildirib. 2014-cü ilin sentyabr ayında Şura ilə Almaniya, İtaliya, Belçika və İsveçrənin bir sıra nüfuzlu QHT-ləri arasında qrant müqaviləsi imzalanıb. Fərasət Qurbanov Şuranın xarici QHT-lər üçün II qrant müsabiqəsinin nəticələrinə görə 18 təşkilatın layihəsinin bəyənildiyini qeyd edib və onların hər biri haqqında iclas iştirakçılarına məlumat verib.

Şuraya yerli QHT-lərdən yeni daxil olan layihələr barədə də danışan F.Qurbanov 10-dan artıq müraciətin daxil olduğunu, onlardan 6-sının mövcud qaydalara və tələblərə cavab verdiyini bildirib.

Azay Quliyev Şuranın xarici QHT-lər üçün yeni qrant müsabiqəsi ilə bağlı məlumat verərək ötən dəfəkilərədən fərqli olaraq bu dəfə QHT-lər üçün zaman məhdudiyyətinin qoyulmadığını, onların il boyu layilələrlə müraciət edə biləcəyini deyib. Şura sədri müsabiqənin coğrafiyasının da genişləndirilərək Avropa İttifaqı, MDB və Şimali Amerika ölkələrini əhatə etdiyini vurğulayıb.

Şura üzvləri Sahib Məmmədov, Əliməmməd Nuriyev və İlqar Məmmədov gündəlikdə duran məsələlər ətrafında çıxış edərək fikirlərini bildiriblər. İclasın sonunda Şura üzvləri müzakirəyə çıxarılan məsələlərin qəbul olunması ilə bağlı qərar veriblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600