Qırğızıstanın paytaxtı Bişkekdə parlament binası qarşısında ölkə Konstitusiyasına dəyişikliklərin əleyhinə mitinq keçirilir.
Yenicag.az modern.az-a istinadən xəbər verir ki, aksiya iştirakçıları binanın qarşısındakı hasardan fraksiya liderlərinin portretlərini asaraq yazıblar: “Ölkə ilə alver etmə!”, “Özbaşınalığa yox!”, “Konstitusiyanı zorlama!”.
Plakatlarla bina qarşısında dayanan aksiya iştirakçıları “Əlin çək!” şüarını da səsləndirirlər.
Aksiyada hazırda 50 nəfərdən çox adamın iştirak etdiyi bildirilir. Bundan əvvəl parlamentin insan haqları, konstitusiya qanunvericiliyi və dövlət quruculuğu üzrə komitələri konstitusiyaya dəyişikliklə bağlı referendum keçirilməsini nəzərdə tutan qanun layihəsinə səs veriblər.