!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qırğızıstan vətəndaşı İstanbuldakı terror aktı ilə əlaqəli olmasını təkzib edib

!Reklam – Yazi

1-1İstanbuldakı terror aktı ilə əlaqəli olduğu iddia edilən Qırğızıstan vətəndaşı Yəhya Maşrapov hücumla heç bir əlaqəsinin olmadığını bildirib.

Yeniçağ.Az -ın “APA”-ya istinadən verdiyi xəbərə görə, bundan əvvəl KİV-də İstanbuldakı gecə klubuna hücum törətməkdə Qırğızıstan vətəndaşı 28 yaşlı Yəhya Maşrapovun şübhəli bilinməsi barədə məlumat yayılıb. Sosial şəbəkələrdə hətta Y. Maşrapovun pasportunun sürəti də yayılıb.

“AKİpress”in məlumatına görə, yanvarın 3-də Türkiyədən vətəninə qayıdan Y. Maşrapov Bişkek hava limanında Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları tərəfindən dindirilib.

Maşrapovun bildirdiyinə görə, o, yanvarın 1-də sahibkarlıq fəaliyyəti ilə əlaqədar Bişkekdən İstanbula gedib, lakin qayıdarkən hava limanında Türkiyə polisi tərəfindən saxlanılıb və dindirilib.

“Onlar məni bir saatadək dindirdilər, bu səbəbdən reys bir saat yubanıb. Polislər dindirilmənin Yeni il gecəsi terror aktı ilə bağlı olduğunu, mənim fotodakı cinayətkara bir az oxşadığımı bildirdilər. Sonra məndən üzr istəyərək, təyyarəyə mindirdilər”, -deyə Maşrapov bildirib.

Maşrapovun sözlərinə görə, o, dekabrın 31-də Qırğızıstan ərazisində olub və terror aktı ilə heç cür əlaqəli ola bilməz. Onun sözlərinə görə, pasportunun sürətinin sosial şəbəkələrdə hansı yolla yayılmasından xəbərsizdir.

Yeniçağ.Az

COP29

www.yenicag.az

584
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv