“Qısqanclıq məndə genetikdir”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı “Günaydın Azərbaycan” verilişində deyib.
İfrat dərəcədə qısqanc olduğunu, bundan əziyyət çəkdiyini deyən sənətçi çıxış yolunu psixoloq yanına getməkdə görüb:
“Atam da qısqanc olub, anam da. Amma deyim ki, həyat yoldaşım zərrə qədər bir əsas da verməyib mənə ki, onu qısqanım. Amma məndən asılı deyil, qısqanırdım. Sonra özümü dəyişməyə məcbur etdim. Sanki xoşbəxtlik içində bir bədbəxtlik axtarıram, iraq olsun. Bilmirəm yaşadıqlarımızdan, ya aldığımız travmalardandı, ya nəsə axırda psixoloq yanına getdim. Bu aralar mütəmadi gedirəm. Birinci özümü sevməyə başladım. Çünki insan birinci özünü sevməlidir. Birinci özünüzü sevəcəksiz sonra qarşı tərəfi, əlbəttə ki, o da sizi sevirsə…”
Nehru
www.yenicag.az