Ötən gün İrəvanda polis alayının binasını zəbt edən silahlılara dəstək aksiyası keçirilib.
Müxalif “Təsisedici Parlamenti” təşkilatının nümayəndəsi Alek Yenigomşyan bəyan edib ki, xalq hökumətə səhər saat 09:00-dək vaxt verib.
“Biz, bu hərəkatın mühüm dəyişikliklər naminə başladığını unutmamışıq. Əsas məqsədimiz – hakim rejimin istefasıdır”,- deyə Alek Eniqomşyan bildirib.
Sarkisyana verilən vaxt artıq başa çatıb.
Qeyd edək ki, yulun 25-də İrəvanda silahlıların ələ keçirdiyi polis şöbəsi yaxınlığında müxalifətin növbəti mitinqi keçirilib. Nümayişçilər silahlı qrupu qida, rabitə, tibbi xidmətlə təmin edilməsini, eləcə də zəbt edilən binada elektrik enerjisinin bərpasını tələb edirlər.