Qiymətləndiricilər Palatası təsis ediləcək

media-hightechnic-468x90

Qiymətləndiricilərin ixtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği müəyyən ediləcək.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti bir ay müddətində:

– ixtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləğini, habelə ixtisas imtahanlarının təşkili və keçirilməsi, qiymətləndiricinin ixtisas şəhadətnaməsinin forması və verilməsi qaydalarını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

– Qiymətləndiricilər Palatasını təsis etmək hüququ olan şəxslərin müəyyən edilməsi, təsis yığıncağının hazırlanmasının və keçirilməsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən 3 nəfər və Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən 2 nəfər nümayəndə daxil olmaqla, 5 üzvdən ibarət təşkilat komitəsinin yaradılmasını təmin etsin.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05