!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qiymətləri "uçan" hotellər: Xidmət haqları hansı halda aşağı salınar? - İqtisadçı çıxış yolunu açıqladı

!Reklam – Yazi

“Qiymətlərin yüksək olmasına səbəb hotellərin sayının azlığı, aşağı ulduzlu hotellərin olmamasıdır”.

Bunu qış mövsümü ilə əlaqədar regionlarda yerləşən hotellərdəki qiymət artımına münasibət bildirən iqtisadçı Eldəniz Əmirov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, turizm xidmətindən asılı olmayaraq, qiymətləri dövlət tənzimləmir:

“Əgər bir hotelin gecəlik qiyməti yüz min manatdırsa və kimsə həmin məbləğə bu xidmətdən yararlanırsa, buna bazar imkan verir deməkdir. Ümumiyyətlə, qiymətlər bazar imkan verdiyi həddə qədər yüksələ bilir.

Taksi sürücüsünü misal götürək. Sürücü şəhərin bir nöqtəsindən digərinə yüz manata aparmaq istəyə bilər. Lakin bazar buna əl verirmi? Xeyr. Çünki çoxlu sayda taksi var. Hotel şəbəkəsi də belədir.

Azərbaycanda hotel sayı çox azdır. Buna görə də adambaşına düşən və xarici turistləri qarşılamaq üçün lazım olan səviyyə mövcud ehtiyacı ödəmək gücündə deyil. Bu səbəbdən bayram günü hotellərdə boş yer tapılmır. Bahalıq üst səviyyədə ola-ola bütün yerlər rezerv olunur”.

İqtisadçı qeyd edib ki, qiymətlərin yüksək olması hotellərin sayının azlığı, aşağı ulduzlu məkanların olmaması ilə əlaqədardır:

“Reallıq budur ki, hotelə zəng etsək, heç bir otağın boş olmadığını eşidəcəyik. Yer olmaması rəqabətin olmadığı deməkdir.

Hansı sahibkara: “İnsanlar istirahət etmək istəyir, onlara aşağı qiymətlə hotel təklif edin”, – deyə bilərik? Htel qiymətinə dövlətin müdaxilə etməsi yanlışdır. Sadəcə olaraq, xüsusən aşağı ulduzlu hotellərin sayı artırılmalıdır ki, insanlar bahalı xidmət təklif edən məkanlara getməsin”.

Nəsimi Ələsgərli

www.yenicag.az

1481
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv