Qız basketbolçulardan ibarət U-16 millimiz Türkiyədə toplanışa başladı

media-hightechnic-468x90

Azərbaycanın qız basketbolçulardan ibarət U-16 yığması Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışına start verib.

Azərbaycan Basketbol Federasiyasından Yenicag.az-a verilən məlumata görə, türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi komanda gün ərzində iki dəfə olmaqla məşqlərini davam etdirir.

Yoxlama oyunlarında da iştirak edən U-16 bu gün ilk görüşünü yerli “Daçka Şerifali”nin müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirib və 68-36 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, dekabrın 19-dək davam edəcək hazırlıq prosesində yığmamız bir neçə yoxlama görüşlərində qüvvəsini sınayacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa