Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Qızı evləndirilən ata canlı yayımda intihar etdi - VİDEO

Razılığı olmadan qızı evləndirilən ata sosial şəbəkə vasitəsilə canlı yayımda intihar edib.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Türkiyənin Kayseri vilayətində yaşayan 54 yaşlı Ayhan Uzun canlı yayımda yaxınlarından incidiyini söyləyərək başına atəş açıb.

Ailəsi tərəfindən təklənən ata “facebook”da “Axşam canlı yayım var. Vəsiyyət edirəm, məni bu hala qoyanlar cənazəmin üstünə gəlməsin” deyə paylaşım edib. Yerli vaxtla 22:30-da canlı yayıma qoşulan Ayhan Uzun bir dəqiqə müddətində bunları söyləyib:

“Qızımın ən xoşbəxt günündə mənə zəng edib deyirlər ki, buyur gəl “həri”yə. Elə bil yadam. Heç kim məndən fikrimi soruşmadı. Heç kim məni adam yerinə qoymadı. Qayınatam keçdi mənin yerimə, övladlarımın üstündə heç bir haqqı olmadan qızımı ərə verdi…
Bəlkə də bu hərəkətimi şou adlandıracaqsınız. Ancaq istəmərəm ki, mənim yaşadıqlarımı başqaları yaşasın. Bir az sonra əlimdəki silahla həyatıma son qoyacağam…”

www.yenicag.az

1763
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM