Azərbaycanda qızıl və gümüş bahalaşıb.
Yenicag.az xəbər verir ki, avqustun 29-da qızılın qiyməti avqustun 28-i ilə müqayisədə 12,9795 manat artaraq 1 unsiya üçün 2623, 2105 manat təşkil edib.
Gümüş 0,4228 manat artaraq 1 unsiya üçün 31, 2996 manata bərabər olub.
Platinin qiyməti 66,1725 manat artaraq 1544, 2375 manat, palladiumun qiyməti 6,851 manat azalaraq 2510, 1775 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir./Trend/
www.yenicag.az