Azərbaycanda qızıl və gümüş bahalaşıb.
Yenicag.az xəbər verir ki, yanvarın 30-da qızılın qiyməti yanvarın 29-u ilə müqayisədə 16,5325 manat artaraq 1 unsiya üçün 2233,7405 manat təşkil edib.
Gümüş 0,3547 manat bahalaşaraq 1 unsiya üçün 27,1283 manata bərabər olub.
Platinin qiyməti 4,3945 manat artaraq 1389,92 manat, palladiumun qiyməti isə 27,914 manat artaraq 2287,299 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.
www.yenicag.az