Azərbaycanda qızıl və gümüş bahalaşıb.
Yenicag.az xəbər verir ki, fevralın 5-də qızılın qiyməti fevralın 4-ü ilə müqayisədə 3,4935 manat artaraq 1 unsiya üçün 2234,9305 manat təşkil edib.
Gümüş 0,1598 manat bahalaşaraq 1 unsiya üçün 27,0503 manata bərabər olub.
Platinin qiyməti 2,652 manat artaraq 1398,692 manat, palladiumun qiyməti isə 29,8095 manat artaraq 2326,5095 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.
www.yenicag.az