Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.
Yenicag.az xəbər verir ki, iyunun 24-də qızılın qiyməti iyunun 21-i ilə müqayisədə 2,5585 manat azalaraq 1 unsiya üçün 2384,1395 manat təşkil edib.
Gümüş 0,2481 manat ucuzlaşaraq 1 unsiya üçün 26,0647 manata bərabər olub.
Platinin qiyməti 1,5045 manat artaraq 1380,5955 manat, palladiumun qiyməti isə 42,908 manat artaraq 2579,155 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.
www.yenicag.az