Qızılca ilə bağlı məktəblərdə şagirdlərin temperaturu ölçülür

media-hightechnic-468x90

“Qızılca ilə əlaqədar artıq məktəblərdə şagirdlərin temperaturu ölçülür”.

media-banner_tkm

Yenicag.az xəbər verir ki bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

“Qızılcanın tədris prosesinə mane olmamasına çalışırıq. Bizim üçün əsas uşaqların sağlamlığıdır. Bizim indi üzləşdiyimiz vəziyyət 9-10 il əvvəl valideynlərin verdiyi qərarın nəticəsidir. Bu virusda peyvəndlənmə önəmlidir. Hazırkı rəqəmlər onu deyir ki, böyük bir pandemiya təhlükəsi yoxdur. Ayrı-ayrı yerlərdə, məktəblərdə yoluxmalar var. Başqa məktəblər və ya siniflər distant təhsilə keçirilməyib, yalnız bir məktəbdə yoluxma sayı çox olduğu üçün distant təhsilə keçirilib”, – deyə nazir əlavə edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05