Qızını qəzada itirən tanınmış vəkil: "Onu motosikldən uzaqlaşdıra bilməməyim ən böyük səhvimdir"
“Hər kəs uşağı ilə məzuniyyət şəkillərini paylaşır, mən isə deyə bilərəm ki qızım, şıltağım Zəhra artıq bu dünyada yoxdur”.
Yenicag.az xəbər verir ki, bunu iyunun 16-da qızını yol qəzasında itirən tanınmış hüquqşünas Fərhad Mehdiyev sosial medoa hesabında yazıb.
“Zəhramın faciəvi ölümündə əsas səbəbkar Bakı – Sumqayıt sürət yolunda, yolun sol tərəfində dayanmış avtomobil idi. Həmin avtomobilin sağ zolağı da dolu olduğuna görə və həmin zolaqla da avtomobillər keçdiyinə görə, onun sağdan keçmək kimi bir imkanı da yox idi. Həmin sürücü o nasaz maşını ilə dünən bir neçə insanın dünyasını yıxdı”, – hüquqşünas qeyd edib.
“Zəhramın faciəvi ölümünün ikinci səbəbi isə onun motosikl sürməsi idi. Motosikl deyil, minik avtomobil sürsəydi, həmin o yaramaz avtomobilə çırpılsaydı da, hər halda sağ qalardı. Onu motosikldən uzaqlaşdıra bilməməyim həyatda ən böyük uğursuzluq və səhv olaraq bir valideyn olaraq qəlbimə yazılacaq. Mən qardaşımı, atamı, əmilərimi torpağa vermişəm. Öz balamı torpağa verəcəyimi düşünmək çox ağırdır”, – F. Mehdiyev bildirib.













