İyulun 18-də Bakı və Abşeron yarımadasında hava günəşli olacaq.
Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 20-25° isti, gündüz 32-37°, Bakıda gecə 23-25° isti, gündüz 34-36° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 55-65%, gündüz 35-45 % olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 18-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü fonunda gündüz isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 20-25° isti, gündüz 34-39° isti, dağlarda gecə 13-18° isti, gündüz 22-27° isti olacağı gözlənilir.
www.yenicag.az