!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qlobal media Trampa qarşı: Bu savaşdan kim qalib çıxacaq?

!Reklam – Yazi

“Mühafizəkarlar ənənəvi qlobal media qurumları ilə yanaşı, sosial medianın onlara qarşı çıxması fonunda vəziyyətin çox pis ola biləcəyini anlayırlar”.

Yenicag.az xəbər verir ki, bu fikirləri ABŞ prezidenti Donald Trampla dünyanın əsas media qurumları arasında böyüyən savaşa münasibət bildirən “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz deyib.

Osman Gündüz

Osman Gündüzün sözlərinə görə, Trampın əsas informasiya silahı olan “Twitter” onun tvitlərini gizlətməyə, bloklamağa və işarələməyə başlayıb. “Twitter” administrasiyası bunu açıq-aşkar edir və prezidentin tvitlərinin “saxta da, yalan da ola bilər” qrifi ilə işarələməyinin qanunauyğun olduğunu bildirir:

“Ötən qısa zaman müddətində “Twitter” Trampın bir neçə tvitini bloklayıb. Görünən odur ki, əvvəllər qlobal sosial media resursları bəzən balaca ölkələrə qarşı ikili standartlardan istifadə edirdilərsə, indi hətta böyük ölkələrin, bu media qurumlarının “ana vətəni” sayılan ölkənin prezidentinə qarşı da bu standartları tətbiq edirlər.

Maraqlı situasiya yaranıb, balaca ölkələrin sosial medianın müxtəlif təhdidləri ilə bağlı həmişə şikayətləndikləri vəziyyətlə indi ABŞ prezidentinin özü üzləşib”.

Trampın bu mənada çıxılmaz vəziyyətdə qaldığını vurğulayan Osman Gündüz hesab edir ki, bu fonda hüquqi imkanlar olarsa, prezident ABŞ-da “Twitter”in
fəaliyyətinə qadağa qoya bilər:

“ABŞ prezidenti də sosial medianın hüdudsuz hakimiyyətə sahib olmasından narahatlığını bildirməyə başlayıb. Tramp bunun qarşısının alınması istiqamətində dərhal da fəaliyyətə başlayıb.

Tramp ötən gün sosial medianın ABŞ ərazisində tənzimlənməsi ilə bağlı hələlik mətni tam açıqlanmayan sərəncam imzalayıb. Bununla da sosial medianı məsuliyyətdən və məhkəmə iddialarından qoruyan, 1996-cı ildə uzun müzakirələrdən sonra qüvvəyə minən Qanuna dəyişiklik edilməsi təklif olunur.

Bu qanuna əsasən, sosial mediada olan paylaşımlara görə onların sahibləri məsuliyyət daşımırlar, yalnız istifadəçilər məsuliyyət daşıyırlar. Tramp iddia edir ki, əgər sosial media administrasiyası hansısa paylaşımı saxtalığı ilə bağlı işarələyirsə, bu, artıq ifadə azadlığına qarşıdır, senzuradır. Bununla da sosial media redaktor səlahiyyəti əldə etmiş olur və buna görə də o, məsuliyyət daşımalıdır.

Yəni, yuxarıda adıçəkilən qanun artıq sosial media resursuna tətbiq edilə bilməz və ona qarşı məhkəmə işi açıla bilər”.

Gülşən Şərif

COP29

www.yenicag.az

2245
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv