“Qoca qitə”ni Bakının ayağına gətirən İLGİNC SƏBƏB – Marta Kos niyə GƏLMİŞDİ?

media-hightechnic-468x90

“Avropa İttifaqının (Aİ) genişlənmə siyasəti üzrə komissarı Marta Kosun Azərbaycana səfəri təsadüfi deyil və regiondakı son proseslər fonunda xüsusi əhəmiyyət daşıyır. Bu səfər bir neçə məqamın təzahürü kimi qiymətləndirilməlidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib.

media-whatsapp-gorsel-2025-09-19-saat-16-38-51_7216f8eb

Millət vəkili bildirib ki, Azərbaycan artıq Cənubi Qafqazda siyasi, iqtisadi və təhlükəsizlik baxımından müəyyənedici dövlətə çevrilib:

“2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edildi, ardınca isə 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal antiterror tədbirlərindən sonra ölkəmizin suverenliyini və ərazi bütövlüyünü tam bərpa olundu. Bu yeni reallıq həm region dövlətlərini, həm də beynəlxalq gücləri Azərbaycanla hesablaşmağa məcbur edir. Avropa İttifaqı uzun illər ərzində Cənubi Qafqazda proseslərə qismən qərəzli yanaşsa da, son dövrdə mövqelərinin dəyişməsinin şahidi oluruq”.

O, əlavə edib ki, bu dəyişiklik, əslində, ölkəmizin qətiyyətli siyasətinin, diplomatik fəallığının və müstəqil mövqeyinin nəticəsidir:

“Burada, xüsusilə Prezident İlham Əliyevin bu ilin 8 avqustunda ABŞ-yə rəsmi səfərini qeyd etmək lazımdır. Həmin səfər bir sıra mühüm görüşlərlə yadda qaldı və ABŞ-Azərbaycan münasibətlərində yeni dinamika yaratdı. Vaşinqton səfəri göstərdi ki, Azərbaycan regionda yalnız yerli aktor deyil, həm də qlobal miqyasda söz sahibidir. Bu fakt həm ABŞ, həm də Aİ dairələrində ölkəmizə münasibətin dəyişməsinə səbəb olub”.

Marta Kosun səfərinin pərdəarxası səbəblərinə gəldikdə isə deputat bir neçə əsas istiqaməti qeyd edib:

“Birinci məsələ enerji təhlükəsizliyidir. Avropa İttifaqı üçün Azərbaycan uzun illərdir etibarlı tərəfdaş olub. Ukrayna müharibəsindən sonra Avropanın enerji mənbələrinin diversifikasiyası həyati əhəmiyyət daşıyır və bu prosesdə Azərbaycanın rolu əvəzolunmazdır. İkinci məsələ isə nəqliyyat-kommunikasiya xətləri və regionda sabitliyin qorunmasıdır. Azərbaycan həm enerji, həm də logistika qovşağı kimi ön plana çıxır. Zəngəzur dəhlizi, Orta Dəhliz və digər layihələr Avropa üçün strateji əhəmiyyət kəsb edir”.

“Bundan başqa, işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq prosesi də diqqətdən yayınmamalıdır. Azərbaycanın bərpa və yenidənqurma işləri beynəlxalq ictimaiyyətin diqqətindədir. Marta Kosun Ağdama səfəri də Avropa İttifaqının bu prosesdə iştiraka marağının göstəricisidir. Bundan başqa, siyasi dialoq və yeni geosiyasi reallıqların qəbul edilməsi kontekstindən məsələyə yanaşmaq lazımdır. Vaşinqton səfərindən sonra Azərbaycanın beynəlxalq nüfuzunun artması Qərbi ölkəmizlə əməkdaşlığa daha açıq və konstruktiv mövqe tutmağa vadar edib. Artıq Avropa İttifaqı başa düşür ki, Azərbaycanın iştirakı olmadan nə regional sabitlik, nə də əməkdaşlıq layihələri mümkün deyil”.

Yekunda Milli Məclisin deputatı onu da söyləyib ki, Aİ-nin Azərbaycana münasibətində müşahidə olunan dəyişikliklər, həm Vaşinqtonda Prezident İlham Əliyevin apardığı yüksək səviyyəli danışıqların, həm də ölkəmizin regionda yaratdığı yeni reallıqların nəticəsidir:

“Marta Kosun səfəri bu reallıqların qəbul olunmasının, əməkdaşlığa marağın və dialoqun dərinləşməsinin bariz nümunəsidir. Azərbaycan isə hər zaman olduğu kimi milli maraqlarını əsas tutaraq bərabərhüquqlu, qarşılıqlı faydaya söykənən əməkdaşlığa açıqdır”.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa