Qondarma ideoloq, gülünc iddia, bəsit nəticə…

media-hightechnic-468x90

thumb320_20150401040821203Təməl qondarma olanda, üzərində qurulan hər şey süni və gəldi-gedər olur…

Bu fikir bayağı görünə bilər. Lakin erməni “alimləri”nin Qafqaz reallıqları, tarixi həqiqətlər barədə “nəzəriyyələri” o dərəcədə bəsit, hətta düşük və elmə yamaqdır ki, ən azı acı gülüş doğurur.

Amma qondarma nəzəriyyələr, icad və ixtiraların test kimi istifadə edilməsi də bəzən məzəli vəziyyətlər yaradır. Çünki onlardan tam ciddiyyətlə istifadə edən “ağıllılar” özlərini daha kritik şəkildə ifadə etmiş olurlar. Bu isə savadın, intellektin qıtlığından doğan fenomendir.

Bu dəfə qondarma DQR-in qondarma prezidentinin qondarma mətbuat katibi öz “dərin biliyi” ilə gündəmə gəlmək istəyərkən özünü ifşa edib – dedikləri göstərdi ki, savad və tarixi bilik ondan çox-çox yan keçib. Onun təbirincə, “azərbaycanlılar süni millətdir və dünyaya 1936-cı ildə göz açıblar”.
“Sürüşkən xislətli ermənilər bu məsələdə xristianlıq amilindən hədsiz sui-istifadə ediblər”

Yeni erməni “aliminin” tarixi “kəşfi”

Dünyadan bixəbər bu kəsin erməni “elminə” əsaslanaraq ortaya atdığı “kəşfini” məhz martın 31-də, yəni azərbaycanlıların soyqırımı günündə ictimailəşdirməsi, təbii ki, təsadüf deyil və dünyanın fikrini tarixi reallıqlardan yayındırmaq məqsədi güdüb.

Cəfəngiyyatı tam ciddiyyətlə təkrarlayan adam etdikləri ilə ikili səfeh təsiri bağışlayır. Buna əminlik üçün David Balayanın, sadəcə, üzünə baxmaq kifayətdir ki, onun nə qədər primitiv və həqiqi elmdən uzaq olmasını görəsən.

Dayaz mətbuat katibinin “intellektinə” ayrıca yazı həsr etmək mənasızdır. Ancaq onun başbilənlərinə bir tarixi məqamı xatırlatmaq vacibdir. Çünki vaxtaşırı söz və arqumentləri tükənən erməni tarixçiləri, bir qayda olaraq, “Azərbaycan olmayıb, azərbaycanlılar süni millətdir” deyərək özlərinə təskinlik verirlər.

Məsələ onda deyil ki, ermənilər özləri qaraçı tayfalarının birləşməsindən doğmuş qondarma etnosdurlar və bu tarixi reallığı ört-basdır etməkdən ötrü qonşu xalqların, ilk növbədə, Azərbaycanın tarixinə daş atmağı peşə ediblər. Halbuki, 200 il əvvəl Qafqaza qovula-qovula gətirilmiş haylar (bir millətin 2-3 adı ola bilərmi?!) zorla burada məskunlaşdırılıblar.

Başqalarının yerini dar etmiş və soy kökü kirli olan bu millət qara keçmişini yuyub-təmizləmək yolunu ətrafdakı xalqları durmadan ləkləməkdə görüblər. Odur ki, bəzi tarixi yox, geosiyasi reallıqları bu bədbəxt və çarəsiz “alimlərə” qandırmaq lazım gəlir.

 

Haylara hay verənlər…

Ermənilərlə (haylar) bağlı hər şey elmə məlumdur. Balkan bölgəsindən qovulmuş qaraçı tayflarının simbiozu kimi formalaşmış bu millət ömür boyu səyyar olub və qovhaqovdan bezdiyinə görə daimi sığınacaq əldə etmək yolunda gah ona, gah buna yıxılıb. Nəhayət, son yıxılma da olacaq!
“Buna əminlik üçün David Balayanın, sadəcə, üzünə baxmaq kifayətdir ki, onun nə qədər primitiv və həqiqi elmdən uzaq olmasını görəsən”

Ermənilər türk millətlərinə hədsiz minnətdar olmalıdırlar ki, onlar kimi avara-gor topluma öz tarixi areallarında məskunlaşmağa yer veriblər. Amma sürüşkən xislətli ermənilər əvəzində həmişə separatçılıqla məşğul olublar və bu məsələdə xristianlıq amilindən hədsiz sui-istifadə ediblər. Bu isə mənfur bəhrəsini verib: xristian dünyası onlara dövlət qurmaq üçün şərait yaratmaqla əllərinə siyasi intriqa rıçaqı keçiriblər və dağıdıcı planlarını gerçəkləşdirirlər.

Lakin dövlət arzusunun reallaşması da erməniləri müalicə edə bilmədi. Əsrlər boyu kütləvi psixoza mübtəla olmaq – bu, sırf erməni sindromudur ki, dinc otura bilməyib daim düşmən axtarışındadır. Ona görə də, ətraflarını bürümüş qeyri-sabitlik zolağından heç cür çıxa bilmirlər. Bu səbəbdən də onları vaxtaşırı şapalaqlamaq metodu ilə ram etmək normaya çevrilib.

Dəlmə-deşikdən Amerika kəşf etmək kimi primitiv üsullardan istifadə etməkdə də ermənilər həmişə öndədirlər. Onların azərbaycanlılara “süni millət” damğası vurmaq istəyi məhz özlərinin yararsızlıq kompleksindən qaynaqlanır. Erməni “alimləri” “süni” sözünü dövlətə şamil etsəydilər, dərd yarı idi, amma onlar söhbəti xalq, millət müstəvisinə keçiriblər.

 

Sünilərin gülünc qənaətləri

Dünyada 4 mindən çox millət yaşayır və onların heç birinə “süni” anlayışını tətbiq etmək olmaz. Əgər kimsə kiminsə, yəni hansısa millət haqda o fikrə düşürsə, deməli, beyinsizdir. Çünki xalq və millətlərin etnigenezinin formalaşması yüz illərlə təkamül prosesində mümkün olur.

Dövlətlərin yaranıb dağılması isə tarixi prosesdir və dünya durduqca davam edəcək. Onu tənzimləyən geosiyasi cərəyanlardır. İmperiyaların dağılması, milli hərəkətlərin zühuru, yaranıb-parçalanan bloklar və s. həmişə yeni dövlətlərin meydana çıxmasını təmin edir.

“Dövlət arzusunun reallaşması da erməniləri müalicə edə bilmədi”

Ən yaxın keçmişdə yaranmış Kosovanı necə qiymətləndirmək olar, demək olarmı ki, kosovalılar süni millətdir? Əlbəttə, yox, çünki bir etnos kimi əsrlər boyu mövcuddurlar, ancaq müstəqilliyi Yuqoslaviya parçalanandan sonra əldə edə biliblər. Daha doğrusu, Yuqoslaviyanın süqutundan sonra Serbiyadan ayrılıb öz müstəqilliklərini elan etdilər və Avropada alban millətinin ikinci dövləti yarandı.

Azərbaycan türkləri də birinci dünya müharibəsindən sonra Rusiya imperiyasının süqutundan dərhal sonra milli dövlətçiliyi qazandılar. Ona qədər və ondan sonra heç kəs indiki azərbaycanlıların əsl türk olmalarını inkar edə bilməz. Bu xalq tarixi Azərbaycan adlı çoğrafi məkanın şimalında qərarlaşdığına görə “azərbaycanlı” adı ilə tanınır.

Rusiya imperiyasında bütün müsəlmanları “tatar”, “turok” adlandırırdılar. Elə Kazan tatarları da azərbaycanlılara yaxın, qohum türklərdir, özbək, qırğız, başqırd və s. kimi. Və kim cürət edib deyə bilər ki, bu xalqlar süni və ya natamamdırlar?! Bunu deyə bilmək üçün yalnız axmaq olmaq lazımdır, məsələn, erməni “alimləri” kimi.

 

Müasir hayların tarixə töhfəsi

Qondarma mətbuat katibi ötən əsrin əvvəli və ortalarına ekskurs edib, birinci respublikanın “Müsəlman Respublikası” adını guya dəlil gətirərək iddia edir ki, azərbaycanlılar həmin dövrə qədər olmayıblar. Əgər belədirsə, onda ermənilərin də 1918-ci ildə elan etdikləri yeni dövləti “Ararat Respublikası” adlanırdı. Və əgər bu zavallı etnosun zorla yaratdığı məmləkətin adı elə qalsaydı, onda gərək “araratlılar” süni xalq kimi təqdim ediləydi.

Qondarma mətbuat katibinin “əgər 1918-ci ildə azərbaycanlılar olmayıblarsa, onların soyqırımı necə ola bilər” sualı isə dayazlıqla savadsızlığın lap dərin olmasından xəbər verir. Belə degeneratlar, əgər ağılları olsa, gərək danışmasınlar. Çünki ideoloji məqsədlə cəfəng fikirlər səsləndirib özlərini rüsvay edirlər.

Amma qoy danışsınlar. Çünki danışdıqca erməni “elminin” psevdo səviyyədə olmasını bir daha təsdiqləyir, üstəlik, yeni-yeni nüansları üzə çıxarırlar. Qondarma elmin yetişdirdiyi qondarma ideoloqlar bununla özləri də bilmədən əsl həqiqətin, real gerçəkliyin üzə çıxmasına yardımçı olurlar. Bu, müasir hayların “alim-ideoloqlarının” tarixdə, inanın, yeganə xidmətləridir…

 

Tofiq Abbasov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600