İranın 12 əyalətindəki təhsil ocaqlarında koronavirus epidemiyası ilə bağlı tətil elan edilib.
Yenicag.az xəbər verir ki, Tehran, Qum, Ərdəbil, Elbrus, Gilan, Mərkəzi, Mazendəran, Ərdəbil, Zəncan, Gilan, Həmədan və Qəzvin vilayətlərində orta məktəblər, universitetlər, həmçinin dini təhsil qurumlarında tədrisə fasilə verilib.
Tehranda keçirilməsi planlaşdırılan bütün mədəniyyət tədbirləri də ləğv edilib.
Eyni zamanda, ölkədəki bütün idman yarışları da təxirə salınıb.
Qeyd edək ki, İranda koronavirusdan 18 nəfər ölüb, yoluxanların sayı isə 28-ə çatıb.Yoluxma ehtimalı olanların isə sayı 785-ə çatıb.
www.yenicag.az