İranda koronavirusdan ölənlərin sayı 26 nəfərə çatıb.
Yenicag.az xəbər verir ki, bu barədə məlumatı İran Səhiyyə Nazirliyinin rəsmisi Kiyanuş Cahanpur deyib.
O bildirib ki, bu günədək 245 nəfərə koronavirus diaqnozu qoyulub.
Məlumata görə, İran parlamentinin Milli təhlükəsizlik məsələləri üzrə komitəsinin rəhbəri Mojtaba Zonnur da koronavirusa yoluxub.
Karantinə alınan M. Zonnur İran dövlətinin xalqın dəstəyi ilə ölkədə koronavirusun qarşısını alacağına ümid etdiyini vurğulayıb.
Qeyd edək ki, bundan başqa, parlamentin digər deputatı Mahmud Sadeki və İran Səhiyyə nazirinin müavini İrəc Hərirçi də koronavirusa yoluxub.
www.yenicag.az