Qorxunc görünüşə malik qarışqa - Dəhşət filmləri üçün möhtəşəm obraz - FOTOLAR

media-hightechnic-468x90

Litvalı fotoqraf Eugeniyus Kavalyauskasın müsabiqə üçün çəkdiyi foto görənləri heyrətə gətirir.

Qarışqa o qədər qorxunc görünüşə malikdir ki, bir çoxları ondan dəhşət filmləri üçün obrazlarda istifadə oluna biləcəyini deyib.

“Nikon Small World Photomicrography Competition” müsabiqəsinə təqdim edilən görüntülər tənqidçilər və münsiflər heyəti tərəfindən də yüksək qiymətləndirilib.

“Məni Yaradanın şah əsərləri və Allahın planlarını görmək fürsəti heyran edir”, – deyə o, öz işini şərh edib.

Bir çox insan qarışqanın olduqca qorxulu göründüyünü düşünsə də, Kavalyauskas təbiətdə heç bir qorxunc varlığın olmadığını israr edir.

“Mikrofotoqrafiyaya ilk başlayanda mən də bütün böcəklərin bir az qorxunc olduğunu düşünürdüm”, – deyə Eugeniyus bildirib.

Qeyd edək ki, müsabiqə üçün çəkilən başqa fotolar da tədbir iştirakçıları arasında böyük maraq doğurub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600