Quba və Qəbələ “İdman paytaxtı” seçildi

media-hightechnic-468x90

Gənclər və İdman Nazirliyinin növbəti kollegiya iclası keçirilib.

Yenicag.az xəbər verir ki, kollegiyanın sədri, nazir Fərid Qayıbovun sədrliyi ilə baş tutan toplantıda gündəliyə əsasən, 2024-2025-ci illər üçün idman paytaxtlarının və 2025-ci il üçün gənclər paytaxtının seçilməsi məsələləri müzakirə edilib.

Namizəd şəhərlərin nümayəndələri təqdimatla çıxış edərək məlumat veriblər. Təqdimatlardan sonra elektron səsvermə nəticəsində Quba 2024-cü il, Qəbələ isə 2025-ci il üçün “İdman Paytaxtı” seçiliblər.

Kollegiyada həmçinin 2025-ci il üçün Gənclər Paytaxtı da məlum olub. Namizəd şəhərlərin təqdimatından sonra Sumqayıt şəhəri 2025-ci il üçün “Gənclər Paytaxtı” seçilib.

Xatırladaq ki, bu il yanvarın 19-da keçirilmiş Kollegiya iclasında Lənkəran şəhəri 2024-cü ilin “Gənclər Paytaxtı” seçilib.

Dövlət qurumlarının əməkdaşları arasında gələn il keçiriləcək idman yarışlarının planı da müzakirə edilərək qəbul olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600