Qubad İbadoğlu ictimai hərəkat yaradır
Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlu tərəfdarları ilə birlikdə ictimai hərəkat yaradır.
Başqanlığa sabiq namizəd Tural Abbaslı açıqlamasında bu məsələnin qurultayın nəticələrindən narazı qalanların yaratdığı işçi qrupunda müzakirə olunduğunu deyib. O bildirib ki, Müsavatdan kənarlaşdırılanlar da bu hərəkatda təmsil olunacaq.
Bununla yanaşı, T. Abbaslı qeyd edib ki, Müsavatdan kənar hər hansı birliyin yaradılmasının əleyhinədir: “Bu, hələlik təklifdir. Ancaq Qubad İbadoğlunun tərəfdarları bu təklifə razılıq veriblər. Mən və tərəfdarlarım hərəkatın yox, fraksiyanın yaradılmasının tərəfdarıyıq. Yəni biz Müsavatdan kənar heç bir qurumun üzvü olmaq istəmirik. Müsavat daxilində fəaliyyət göstərməyin tərəfdarıyıq. Onlar da Müsavatdan çıxmayacaqlarını, buna paralel bir hərəkat yaradacaqlarını deyirlər”. (apa.az)