Qubad İbadoğlu Nüşabə Sadıqlını falçılıqda suçladı – Qalmaqal

media-hightechnic-468x90

10922072_10204755210952882_513394728_n“Müsavatda kimin kimi dəstəklədiyini zaman göstərəcək”

Müsavat Partiyası daxilində vəziyyət tam sakit hal almamış, yenidən qızışmaq üzrədir. Bu qızışmanın da əsasını partiyanın Məclis sədrliyinə seçilən Nüşabə Sadıqlı qoyub.

Belə ki, o APA-ya açıqlamasında bildirib ki, artıq Qubad İbadoğlunu dəstəkləyənlərin sayı azalıb: “Hazırda Qubad İbadoğlunun tərəfində çox az müsavatçı qalıb. Yəni, zaman-zaman, bu prosesin gedişində müsavatçılar da başa düşdülər ki, yanlış addım atıblar. Fikrimcə, Azərbaycan Demokrat və Rifah Hərəkatının partiyaya çevriləcəyi real görünmür. Yəni, ən azı müsavatçıların bazasında o partiyanı yaratmaq mümkün deyil”. N. Sadıqlının iddiasından belə görünür ki, Q. İbadoğlunu dəstəkləyənlərin sayı xeyli azalıb.

Məsələ ilə bağlı, Yenicag.az-a açıqlamasında Qubad İbadoğlu isə Müsavat Məclisi sədrinin yuxarıda dediklərini falçılıqla müqayisə etdi: “Nüşabə Sadıqlı hardan bilir ki, məni 200 nəfər dəstəkləmir. O, hardan bilir ki, kim-kimi dəstəkləyir? Sorğu keçirib, qiymətləndirmə aparıb? Bunun özü falçılığın bir nümunəsidir. Müsavatda kim-kimi dəstəkləyəcəyini zaman göstərəcək. Bizim qüvvələrlə onlar arasındakı fərq nisbəti sonra bilinəcək”.

Rüfət

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600