Qubad İbadoğlunu İsa Qəmbər qovdurub?

media-hightechnic-468x90

10984760_10204982784202071_913689533_nElman Fəttah: “Qubad İbadoğlu ilə bağlı qərarı Müsavat Partiyasının Divanı verib”

Əlövsət Talışxanlı: “Son zamanlar partiyadan çıxarılanlar məhz İsa Qəmbərin diqtəsilə həyata keçirilir”

Müsavat Partiyasının başqanlığa sabiq namizədi Qubad İbadoğlunun partiyadan xaric edilməsi məsələsi ətrafında müxtəlif fikirlər səslənir. Belə fikirlər səslənir ki, Qubad İbadoğlunun partiyadan çıxarılmasında birbaşa İsa Qəmbərin özü maraqlı olub və Divana da göstərişi o verib. Digər tərəfdən bu qərarda İsa Qəmbərin hansısa bir rol oynamadığı, sadəcə olaraq prosesin yeni başqa Arif Hacılı tərəfindən gündəmə gətirlidiyi söylənilir.

Görəsən, tərəflər bu barədə nə düşünür?

Yenicag.az-a açıqlamasında Müsavat başqanının müavini Elman Fəttah Qubad bəylə bağlı verilən qərarın sırf Divanın qərarı olduğunu söylədi: “Müsavat Partiyasının nizamnaməsində açıq şəkildə göstərilir ki, partiyanı seçkili strukturlar idarə edir. Partiyanı Məclis, Divan və başqanı idarə edir. Həm İsa Qəmbərə, həm də Müsavat Partiyasına yönəlik bu kimi məsələlər antikampaniyanın tərkib hissəsidir. Qubad İbadoğlu ilə bağlı qərarı Müsavat Partiyasının Divanı verib və onun nəyə görə partiyadan xaric olunduğu da əsaslandırılıb”.

Sabiq MNTK üzvü Əlövsət Talışxanlı isə əksini düşündüyünü bildirdi: “Qubad bəyin partiyadan çıxarılması sırf İsa Qəmbərin tapşırığıdır. Özü deyirdi ki, nəzarətindən heç nə kənara çıxmır. Yəni hər şeyin nəzarəti altında olduğunu bildirirdi. Son zamanlar partiyadan çıxarılanlar da məhz onun diqtəsilə həyata keçirilir”.

Elçin

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600