!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qubada gənc qızlar üçün təlim keçirilib - FOTOLAR

!Reklam – Yazi

“Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Regionda yaşayan qızların forumu” adlı layihənin icrasına başlayıb.

Yenicag.az xəbər verir ki, layihənin əsas məqsədi regionda yaşayan gənc qızların fərdi inkişaf strategiyasını izləməklə onların bilik və bacarıqlarını artırmaq, o cümlədən gənc qızlar arasında şəbəkələşmə metodunu istifadə edərək forum təşkil etməkdir. Layihə Gəncə, Quba və Lənkəran regionunu əhatə edəcək.

Layihə çərçivəsində ilk təlim 28 noyabrda Quba şəhərində təşkil edilib. Təlimdə 25 gənc qız iştirak edib.

Təlimçi Günel Səfərova bildirib ki, regionlarımızda bu gün də müşahidə olunan ən böyük ictimai problem, bölgənin adət-ənənələrinə və dində əsası olmayan qaydalara istinad edərək gənc qızların məlumatsızlığından yararlanaraq erkən nigah və elmə qarşı laqeydliyin təbliğ olunmasıdır. Bu problemin nəticəsi olaraq regionlarda yaşayan gənc qızlarımız əslində problem və steriotipləri milli mənəvi dəyər kimi qəbul edib bu dəyərlərə tabe olurlar. Gənc qızların ölkənin ictimai-siyasi həyatında rolunun get-gedə artdığını qeyd edən təlimçi qeyd edib ki, regionlarda yaşayan, lakin öz hüquqlarını bilməyən qadınlarla maarifləndirmə işi aparılmalıdır: “Ənənəvi olaraq qızlar daha çox susmağa, özləri haqqında az danışmağa, təqdir edilməməyə öyrəniblər və bunun fəsadları gələcəkdə özlərini ifadə etməmək kimi özünü göstərir”.

G.Səfərova Gənclər Fondunun qrant layihələrində regionlarda gənc qızların kiçik biznes fəaliyyətlərinə dəstək verməsini müsbət qitmətləndirib.

www.yenicag.az

478
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv