Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-90-cı kilometrliyində yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Yenicag.az-a verilən məlumata görə, təmir işləri bu gün axşam saatlarınadək davam edəcək.
Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
www.yenicag.az