!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qüds məsələsində Tramplı Amerika “sinifdə qaldı”

!Reklam – Yazi

Qüdsün İsrailin paytaxtı olması ilə bağlı verdiyi qərar ABŞ prezidenti Donald Trampın xarici siyasətinin süqutu oldu.

Yenicag.az xəbər verir ki, Türkiyə də daxil olmaqla bütün dünya ölkələrinin əleyhinə çıxdığı bu qərar ilk olaraq İslam ölkələri tərəfindən qətiyyətlə pislənildi. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın “Bu qərarın ləğvi üçün BMT Təhlükəsizlik Şurasına qanun layihəsi təqdim ediləcək” açıqlaması özünü çox gözlətmədi. BMT Təhlükəsizlik Şurasının bu gün keçirilən iclasında Misirin təqdim etdiyi qanun layihəsi müzakirəyə çıxarıldı.

Müzakirələr yekunlaşdıqdan sonra Trampın bu qərarının ləğvi üçün Şuraya üzv ölkələrin səsvermə prosesi başladı. ABŞ-ın BMT-dəki təmsilçisi Nikki Heyli Misirin təqdim etdiyi qanun layihəsinin əleyhinə səs verdi.

Lakin bu, səsvermədə yeganə veto oldu. Amerikanın müttəfiqləri sayılan İngiltərə, Fransa, İtaliya, Yaponiya və Ukrayna qanun layihəsinin lehinə səs verdi.

Bundan sonra çıxış edən N.Heyli qəbul edilmiş qanun layihəsini “təhqir” kimi qəbul etdiklərini bildirib. O, bu qanun layihəsini unutmayacaqlarını qeyd edərək çıxışını yekunlaşdırdı.

Müzakirələr davam etdiyi bu zamanda İsrailin baş naziri Benyamin Netanyahu öz “Tvitter” səhifəsindən Amerikaya təşəkkür mesajı yayımlayıb.

Türkiyə prezidenti R.T.Ərdoğan isə Böyük Britaniyanın baş naziri Tereza Meylə telefonla əlaqə saxlayaraq Qüds məsələsində birtərəfli mövqeyə görə təşəkkür edib.

www.yenicag.az

3507
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv