Qüdsdə 2 min illik zinət əşyaları tapıldı
İsrailin Qədim Əsərlər İdarəsi Qüdsdə yerləşən Davud şəhəri arxeoloji ərazisində 2300 illik üzük aşkar olunduğunu açıqlayıb.
Yenicag.az xəbər verir ki, çərşənbə günü edilən rəsmi açıqlamada üzüyün qırmızı daşla bəzədildiyi və çox güman ki, İkinci Məbəd dövründə – iki min ildən artıq əvvəl – yaşamış gənc bir şəxsə məxsus olduğu bildirilib.
Qüdsün Köhnə Şəhər divarlarının yaxınlığında yerləşən bu arxeoloji qazıntı sahəsində son dövrlərdə erkən Helenistik dövrə aid bir sıra tapıntılar ortaya çıxarılıb.
Arxeoloqların fikrincə, həmin dövrə aid zinyət əşyaları uşaqlıqdan yetkinliyə keçidi simvolizə edən xüsusi mərasim zamanı torpağa basdırılıb.
Qeyd edək ki, Qüdsdə ilk dəfədir ki, bu dövrə aid bu qədər iri və qiymətli qızıl zinyət dəstinə rast gəlinir.
İlkin baxışda üzüyün müasir dizayna malik olması səbəbindən qazıntı heyəti onun kiminsə əlindən düşdüyünü və yeni dövrə aid olduğunu güman edib.