!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Quranı yandıran şəxs İSLAMI QƏBUL EDİR - VİDEO

!Reklam – Yazi

“İslamı qəbul edirsən? Bunu ürəkdən demirsən”.

Yenicag.az xəbər verir ki, Qurani-Kərimi yandıran və hazırda Çeçenistan istintaq təcridxanasında cəza çəkən Volqoqrad sakini Nikita Juravel Qroznıda keçirilən məhkəmə iclasında təqsirini qismən etiraf edib.

Juravel Çeçenistan rəhbəri Kadırovun oğlunun bu yaxınlarda “maarifləndirici söhbətlər”indən sonra İslam dinini qəbul etmək istədiyini bildirib.

O, Çeçenistan rəhbəri Ramzan Kadırova inancını dəyişmək arzusunu bildirib. Kadırov məhbusun sözlərinin səmimiliyinə inanmayıb, onu Avropa xüsusi xidmət orqanlarının üslubunda hərəkət edən təxribatçı və diversant adlandırıb.

“İslamı qəbul edirsən? Bunu ürəkdən demirsən”, – Kadırov deyib.

Videonu Çeçenistan rəhbəri özü yayımlayıb.

Digər məlumatlara görə, Nikita Juravel Qroznı həbsxanasında mütəmadi işgəncələrə məruz qalır. O, İslamı qəbul etməklə işgəncələrdən canını qurtarmaq istəyir.

Məhkəmə Juravelin həbs müddətini altı ay uzadıb.

Xuraman Etibarlı

COP29

www.yenicag.az

377
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv