Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Qurban Qurbanov məşqçilər arasında birincidir - UEFA açıqladı

Reklam: High Technic

Çempionlar Liqasının cari mövsümündə iştirak edən klublarda ən uzun müddət çalışan məşqçilərin siyahısı açıqlanıb.

Yenicag.az xəbər verir ki, UEFA-nın açıqladığı siyahıda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov birincidir. Təcrübəli çalışdırıcı artıq 9 ildir ki, ağdamlılara rəhbərlik edir. 2011-ci ildən Madrid “Atletiko”sunda çalışan Dieoqo Simeone isə ikincidir. “Tottenhem”in baş məşqçisi Maurisio Poçettino isə üçüncü sırada yer alıb. O, 2014-cü ildən London klubunun “sükanı arxası”ndadır.

“Monako”nun çalışdırıcısı Leonardo dördüncü , “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri isə beşincidir (16 iyul, 2014-cü il). 2015-ci ilin iyunundan “Napoli”ni çalışdıran Maurisio Sarri isə altıncı pillədə qərarlaşıb.

Yenicag.az

www.yenicag.az

1189
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100